


02.03.2026 tarixində Gəncə Dövlət Universiteti Riyaziyyat və informatika fakültəsinin TEC xətti ilə elmi seminarı keçirildi. Seminara başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və Azərbaycan Respublikasının azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərin və Xocalı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Seminarda fakültə dekanı, dekan müavinləri, kafedra müdirləri, fakültənin professor müəllim heyəti və tələbələr iştirak etdilər.
ÇIXIŞLAR:
1)TEC sədri-Səfərova Familə Bayram.
Mövzu- Fakültənin dəyərli professoru Orucəli Rzayevin həyatı və yaradıcılığı haqqında çıxış edib.
2)Rəhbər müəllim: dos.Nazim Neymətov
Tələbə: Əmirova Fatimə Elmar qızı
Mövzu: Məntiq qanunlarının həyatımızda rolu
3)Rəhbər müəllim : t.f.d., b.m.Nurəngiz Bəşirova
Tələbə:Aslanlı Ayşən Zaur.
Mövzu:Diferensial hesabının əsas teoremləri
Sonda müəllimlər və tələbələr məruzəçilərə mövzularla bağlı müəyyən suallar yönəltdi.
Tələbələrin çıxışları müzakirə edildi və bəyənildi.