Fakültəmizin uğuru

2025/2026-cı tədris ilinin yanvar ayında Gəncə Dövlət Universitetinin RİYAZİYYAT VƏ İNFORMATİKA FAKÜLTƏSİNİN yeni uğuru qeyd olundu. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 25.12.2025-ci il Tarixli Qərarı ilə İnformatika və cəbr kafedrasının baş müəllimi Babayeva Samirə Rafiq qızına 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (İnformatikanın tədrisi metodikası) ixtisasında pedaqogika elm sahəsi üzrə Fəlsəfə Doktoru Elmi Dərəcəsi verilmişdir. Bütün fakültə adından onu təbrik edirik.