


25 dekabr 2025-ci il tarixdə İnformatika və cəbr kafedrasının müəllimi Arzu Cəfərovanın Riyaziyyat və İnformatika müəllimliyi IV kursunda İnformatikanın tədrisi metodikası fənnindən laboratoriya dərsi keçirildi. Mövzu “Verilənlər bazası ilə iş”. Məlumdur ki, orta məktəblərdə verilənlər bazasının öyrədilməsinin əsas məqsədi, şagirdlərdə məlumatların saxlanması , idarə edilməsi və emalı haqqında ümumi təsəvvür yaratmaq , SQL – in əsas əmrlərini praktiki şəkildə tətbiq etmək, məntiqi düşünmə , məlumat analiz etmə və problem həll etmə bacarıqlarını inkişaf etdirmək. Dərsdə fakültə dekanı dos.Oruc Hüseynov, kafedra müdiri dos.İlqar Cabbarov, prof.Orucəli Rzayev, dos.Tahir Məmmədov, dos.Sübhiyyə Zeynallı, dos.Gülmira Verdiyeva, p.f.d.Esmira Cəfərli, b.m.Samirə Babayeva və kafedranın digər əməkdaşları iştirak etdilər.