Fakültəmizin yeni uğuru

2024/2025-ci tədris ilinin iyun ayında Gəncə Dövlət Universitetinin RİYAZİYYAT VƏ İNFORMATİKA FAKÜLTƏSİNİN yeni uğur qeyd olundu. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Qərarı ilə İnformatika və cəbr kafedrasının müəllimi Kəmalə Arif qızı Salmanovaya “Kompüter elmləri” elm sahəsi üzrə dosent elmi adı verilmişdir. Fakültəmizin adından Kəmalə xanıma uğurlar arzulayırıq.