



2024/2025-ci tədris ilinin iyul ayında Gəncə Dövlət Universitetinin RİYAZİYYAT VƏ İNFORMATİKA FAKÜLTƏSİNİN yeni uğur qeyd olundu. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 20.06.2025-ci il Tarixli Qərarı ilə İnformatika və cəbr kafedrasının dosenti Mehriban Ağa qızı Həsənovaya 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (İnformatikanın tədrisi metodikası) ixtisasında pedaqogika elm sahəsi üzrə Elmlər Doktoru Elmi Dərəcəsi verilmişdir. Qeyd edək ki, bu sahə üzrə Mehriban xanım Cənubi Qafqaz Regionunda ilk elmlər doktoru adına layıq görülmüşdür.
Riyaziyyat və informatika fakültəsinin professor-müəllim heyəti və tələbələri Mehriban xanımı ürəkdən təbrik edirlər.