24.01.2025-ci il tarixində Göygöl şəhər T.Əmiraslanov adına 2 nömrəli tam orta məktəbdə “Riyaziyyat gecəsi” keçirilmişdir. Tədbirə Gəncə Dövlət Universitetinin İnformatika və cəbr kafedrasının müdiri, görkəmli alim və pedaqoq dosent İlqar Şikar oğlu Cabbarov dəvət olundu.Onun iştirakı tədbirə xüsusi bir ruh və dərinlik qatdı.Dosent İlqar müəllim uşaqlarla səmimi və maarifləndirici bir görüş keçirərək, riyaziyyatın tarixindən tutmuş, həyatın hər bir sahəsində onun əvəzolunmaz roluna qədər geniş və maraqlı məlumatlar təqdim etdi.O riyaziyyatın insan düşüncəsinin formalaşdırdığını və həyatımızı işıqlandıran bir elm olduğunu vurğuladı.





Bu tədbir şagirdlərdə riyaziyyata olan marağı artırmaqla yanaşı,onları gələcəyin elm adamları olmağa ruhlandırdı.Söhbətlər və verilən suallar şagirdlərin bu sahəyə olan sevgi və marağının göstəricisi idi.Belə tədbirlər göstərir ki, təhsil və elm bizim gələcəyimizi işıqlandıran bir çıraqdır.Riyaziyyat fənninin əhəmiyyətindən, həyatın özünün bir parçası olmasından, riyaziyyat elmi uğurların açarının olmasından söhbət açmışlar. Qeyd edək ki, “Fənn aylıqlarının” keçirilməsi ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, şagirdlərin təlimə marağının artırılması, fənn müəllimlərinin və şagirdlərin tədris prosesində fəaliyyət səviyyəsinin öyrənilməsi və təbliği məqsədi daşıyır.