





18.12.2024-cü il tarixində saat 12.00-da Riyaziyyat-İnformatika fakültəsində Tələbə Elmi Cəmiyyətinin xətti ilə Riyazi Analiz kafedrasında Elmi seminar keçirilmişdir. Elmi seminarda Riyazi Analiz kafedrasının müdiri prof. O.Rzayev, Humanitar məsələlər üzrə dekan müavini t.f.d. b.m. N.Bəşirova, dos N.Neymətov, fakültə TEC sədri F.Səfərova və fakultənin tələbələri iştirak etmişdir. Seminarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Məruzəçilərin hər biri öz movzuları haqqında təqdimatlarla çıxışlar ettilər. Riyaziyyat və informatika müəllimliyi III kurs tələbəsi Hacıyeva Rəbiyyə prof.O.Rzayevin rəhbərliyi altında “Dilçilikdə Riyaziyyat” çıxış etmişdir.
Riyaziyyat və informatika müəllimliyi II kurs tələbəsi Həsənova Səbinə fəxri prof. Dos.A.Hüseynovun rəhbərliyi altında “İnteqrallar və cəmlər üçün Hölder və Mikovski bərabərsizlikləri” mövzusunda çıxış etmişdir.
Daha sonra məruzəçilər iştirakçıların suallarını cavablandırdılar. Hər bir mövzu haqqında geniş müzakirələr aparıldı.