Elmi Seminar keçirildi

Gəncə Dövlət Universitetinin Riyaziyyat-İnformatika fakültəsində 17.12.2024 tarixində “Informatika və  cəbr”  kafedrasının  elmi seminarı keçirildi. Elmi seminarda  “İnformatika və cəbr” kafedrasının  müdiri dos.Cabbarov İlqar  və kafedranın əməkdaşları  iştirak etdilər.Kafedranın keçirilən  Elmi seminarında baş müəllim  Babayeva Şəkər  “Alqoritmlərin analizinin əsasları” mövzusu ilə  ilə çıxış etdi. O, alqoritmlərin asimptotik işarələrdən istifadə etməklə necə analiz edilməsi, axtarış, nizamlama, qrafla bağlı və s. məsələlərin həlli  üçün alqoritmlərin qurulması və  hazırlanmasının müxtəlif  metodları haqqında geniş nəzəri  məlumatlar verdi.

Sonra  keçirilən seminarda dosent Nərgiz Tağıyeva  “Kvadrat matrislərin simmetrik  və çəpsimmetrik matrislərin cəmi şəklində göstərilməsi”  mövzusu ilə çıxış etdi.Məruzəçi matrislər nəzəriyyəsində geniş tətbiq olunan simmetrik və çəpsimmetrik matrislər haqqında nəzəriyyə verərək onlarla baglı təklif isbat etdi.Daha sonra o,kvadrat matrisin simmetrik və çəpsimmetrik matrislərin cəmi şəklində göstərilməsinə aid misal göstərdi.

Hər bir çıxışdan sonra müzakirələr keçirildi, məruzəçilər seminar iştirakçılarının bütün suallarını ətraflı şəkildə cavablandırdılar.

Seminar iştirakçıları hər iki məruzəçiyə işlərində müvəffəqiyyətlər arzu etdilər.