Riyaziyyat-informatika fakültəsində imtahanlara hazırlıq

2024-2025-ci tədris ilində Gəncə dövlət Universitetində aparılan imtahanların həm yazılı, həm də test üsulu ilə keçirilməsi nəzərdə tutulmuşdur. Riyaziyyat – informatika fakültəsində də beş imtahanı olan ixtisaslarda üçü yazılı və ikisi test olaraq müəyyənləşdirilmişdir. Test və yazılı imtahanların sualları çap olunaraq fakültənin foyesində məlumatlar gülşəsində asılmışdır. Fakültənin tələbələri onlardan istifadə edirlər.