1 mart 2024-cü il tarixdə Riyazi analiz kafedrasının müəllimi Bahar Vəliyevanın Riyaziyyat və İnformatika müəllimliyi I-2 kursunda Ryazi analiz-2 fənnindən seminar dərsi keçirilmişdir. “Qeyri-müəyyən inteqral. Qeyri-müəyyən inteqralda dəyişəni əvəzetmə və hissə-hissə inteqrallamaya aid misal həlli” mövzusunda açıq dərsin məqsədi Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələrinə ibtidai funksiya, onun xassələri, inteqral cədvəli, inteqrallama üsulları haqqında anlayışlar vermək, misallar üzərində həllini izah etməkdən ibarətdir.
Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, dos.C.İbrahimov, kafedra müdiri prof.O.Rzayev, dos.T.C.Məmmədov, dos.N.Neymətov, T.F.D., b.m. N.Bəşirova, müəllim G.Yusifova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.