ANIM GÜNÜ

Fevralın 26-da Gəncə Dövlət Universitetinin Riyaziyyat – informatika fakültəsində ilk dərslər Xocalı soyqırımına həsr olunub. Birinci və ikinci növbənin bütün dərsləri Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb və mühazirələr Xocalı hadisələrinə həsr olunub.

Artıq bir neçə gündür ki, universitetdə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir. Riyaziyyat – informatika fakültəsinin foyesində Xocalıda ermənilər tərəfindən qəddarlıqla qətlə yetirilən günahsız soydaşlarımıza aid stend hazırlanıb.