“Birölçülü istilkkeçirmə tənliyi üçün sərhəd məsələlərinin həlli” mövzusunda açıq dərs keçirildi

1 may 2023-cü il tarixdə Riyazi analiz kafedrasının dosenti Zəfər Abbasovun Riyaziyyat və İnformatika müəllimliyi 4 kursunda Riyazi fizika tənlikləri fənnindən açıq mühazirə dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Birölçülü istilkkeçirmə tənliyi üçün sərhəd məsələlərinin həlli”dir.

Plan. 1. Ucları sıfır, sabit və dəyişən temperaturlarda saxlanan sonlu çubuqda istiliyin yayılması.

2. Məxsusi ədədlərdən və məxsusi funksiyalardan asılı həllin qurulması

3. Məsəlinin birqiymətli həllinin təyini

4. Qoyulmuş məsələnin həllinin kəsilməzliyi

5. Həllin korrektliyi

6. Nəticə

Qoyulmuş məsələnin həlli dəyişənlərinə ayırma üslunun köməyi ilə xüsusi həll formasında seçilmiş və sabit əmsallı adı deferensial tənliklərə gətirilmişdir.Çubuğun uclarının müxtəlif sərhəd şərtlərinin ödəyən trivial olmayan həlli qurulmuşdur.Hər üç sərhəd şərtlərinin ayrılıqda oxşar və fərqli cəhədləri izah olunmuşdur.İstilikeçirmə tənliyinin birqiymətli və korrekt həllərinin tapılması üçün hər üç sərhəd şərtinə uyğun məxsusi funksiyalar çoxluğu təyin olunmuşdur.Məqsəd. Mühazirə dərsi qoyulan plana uyğun ardıcıllıqla, tələbələrin iştirakı ilə izah olunmuş və xüsusi qeydlər aparılmışdır. Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, b.m.S.İbrahimova, müəllim F.Seyidova, müəllim B.Vəliyeva, müəllim G.Yusifova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.