“Müəyyən inteqrala gətirilən məsələlər. Müəyyən inteqralın tərifi” mövzusunda açıq dərs keçirildi

26 aprel 2023-cü il tarixdə Riyazi analiz kafedrasının r.f.d.,b.m. Aynur Qasımovanın Riyaziyyat və İnformatika müəllimliyi 1 kursunda Riyazi analiz-2 fənnindən açıq mühazirə dərsi keçirilmişdir. “Müəyyən inteqrala gətirilən məsələlər. Müəyyən inteqralın tərifi” mövzusunda açıq dərsin məqsədi tələbələrdə həndəsi və fiziki məsələlərin həllində müəyyən inteqralın rolu və tətbiqləri nə dair anlayışların formalaşması, adı çəkilən məsələlərin həllində riyazi modelin qurulması bacarıqlarının formalaşmasıdır. Müəyyən inteqrala gətirilən məsələlərdə inteqral cəmlərinin qurulması, həndəsi və fiziki tətbiqlərin mənimsəməsidir. Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, dos.T.Məmmədov, r.f.d.R.Məmmədov, dos.Ü.Əfəndiyev, N.Qurbanova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.