“SEÇMƏ FƏNLƏRLƏ” BAĞLI TƏLƏBƏLƏR ARASINDA FƏNN SEÇİMİ KEÇİRİLDİ

Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsində 2023-2024-cü tədris ilində keçiriləcək “Seçmə fənlərlə” bağlı tələbələr arasında fənn seçimi kiçirilmişdir. KTM-nin müdiri İ.İsmayılov, fakültə dekanı dos.O.M.Hüseynov və fənn müəllimləri iclasda iştirak etdilər. Fənn müəllimləri tələbələrə tədris edəcəkləri fənlər haqqında qısaca məlumat verdilər. Sonra tələbələr gizli səsvermə yolu ilə gələn tədris ilində keçəcəklər fənləri seçmişlər.