Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
18 aprel 2023-cü il tarixində Gəncə Dövlət Universitetinin Riyaziyyat informatika fakultəsinin tələbələri Nizami Gəncəvi Abidələr kompleksini ziyarət etmişlər. Tədbir çərçivəsində Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş sərgi ilə tanış olmuşlar və tədbirlə bağlı keçirilən konsert proqramına tamaşa etmişlər.