TƏLƏBƏLƏRİMİZ PEDAQOJİ TƏCRÜBƏDƏ

Gəncə Dövlət Universitetinin Riyaziyyat-İnformatika fakültəsinin riyaziyyat və informatika müəllimliyi ixtisasının 5² kurs tələbəsi Masmalieva Madina Eldəniz qızının 14.04.2023-cü il tarixində, saat 12.15-da Gəncə şəhəri Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin 7a sinfində informatika fənnindən “Verilənlərin vizuallaşdırılması” mövzusunda nümunəvi açıq dərsi keçrilmişdir . Dərsin məqsədi elektron cədvəllərdə diaqramlar və
qrafiklər hazırlamağı şagirdlərə mənimsətməkdir. Dərsdə Təcrübə və karyera söbəsinin müdri Cabbar Qarayev, Riyaziyyat-informatika fakültəsinin dekanı dos. Oruc Hüseynov, Cəbr və İnformatika kafedrasının müdiri dos.İlqar Cabbarov, metodist müəllimlər dos. Gülmira Verdiyeva, b.m. Şəkər Babayeva, b.m. Tamilla Əsgərova, Gəncə şəhər 2 nömrəli tam orta məktəbin fənn müəllimi Sevda Cəfərova və təcrübəçi tələbələr iştirak etmişdir.