13 aprel 2023-cü il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi Mətanət Həsənovanın Riyaziyyat müəllimliyi I kursunda Elementar riyaziyyat-2 fənnindən praktik məşğələ dərsi keçirilmişdir. “Cevrə və dairə hissələrinə aid məsələ həlli” mövzusunda açıq dərsin mahiyyəti Cevrə və dairəyə aid tələbələrin biliklərini daha da möhkəmlətmək, cevrə və dairə hissələrinə aid məsələlərin həllini daha dərindən öyrətməkdir.
Dərsdə kafedra müdiri dos.S.Zeynallı, dos.Ü.Əfəndiyev, e.n.,b.m.R.Məmmədov, dos.Y.Namazov, b.m.A.Qurbanova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.