09.12.2022-ci il tarixdə İnformatika və Cəbr kafedrasının müəllimi Novruzova Günel Siyavuş qızının Tətbiqi proqram paketi fənnindən Riyaziyyat və informatika müəllimliyi 3 kursunda “Sketch up proqramında ev modellərinin qurulması” mövzusunda açıq dərs keçirilmişdir. Tətbiqi proqram paketi fənninin əsas məqsədi bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir. Kompüter qrafikasının növləri və qrafik redaktorlar, üstünlükləri və çatışmamazlıqları, tətbiq sahələri nəzərdən keçirilir. Tələbələrdə ən vacib qrafik redaktorlar olan Corel Draw, Photoshop və MS Offise iş vərdişləri və praktik bacarıqlar aşılamaqdır.Dərsin izahı: Laboratoriya işi Sketch up programını istifadə etməklə praktik bacarıqlarını inkişaf etdirmək ;Tələbələrin müstəqil iş, fərdi əməliyyatlar bacarıqlarını inkişaf etdirmək;Məntiqi düşünmə qabiliyyətini inkişaf etdirmək;Tələbələrlə təhlil metodlarını, üstünlük və mənfi cəhətləri öyrənmək;Suallar yaratmaq, nəticə çıxarmaq;Diqqətin, məntiqi təfəkkürün inkişafı.Laboratoriya dərsinin planı:Tələbələri dərsə hazırlamaq, dərsin mövzusunu bildirmək.Qarşıdakı dərsin məqsədi və məzmununu müəyyənləşdirmək.Praktikada tələbələrin nəzəri biliklərini istifadə etmək bacarıqlarını inkişaf etdirmək.Əvvəlki dərslərin nəticələrini təhlil etmək.Variantlar üzrə tapşırıqlar vermək.Tələbələrin işlərini yoxlayıb, təhvil götürmək.Memarlar və mühəndislər üçün 3D ideya inkişaf etdirmə vasitəsini yaratmaq üçün 2001-ci ildə istehsal edilmişdir. Qısa öyrənmə müddəti və istifadə rahatlığı sayəsində dülgərlər, heykəltəraşlar, oyun tərtibatçıları kimi bir çox fərqli sahənin də diqqətini çəkən proqram artan bir tanınma və istifadəçi bazası qazandı. Model və modelləşmə universal anlayışlardır. Onlar istənilən ixtisas sahəsində, dərketmə sistemində, proses və hadisələri araşdırmaq üçün ən güclü idrak metodudur. SketchUp proqramının köhnə versiyaları əlçatan və ödənişsiz olduğu üçün bu məqsədlə istifadəsi və öyrənilməsi məqsədəmüvafiqdir. Ona görə də bu proqramdan istifadə etmək üçün əvvəlcə onun vasitələri və menyu bəndinin xüsusiyyətlərini öyrətmək lazımdır. Proqram yükləndikdən sonra proqram pəncərəsi görünür, əvvəlcə oradan Template (şablon) bölməsindən 3d modellərin yaradılmasında hansı uzunluq vahidi ilə işləyəcəyimizi müəyyən edirik. Və daha Start using SketchUp yazılan düyməni sıxırıq.Ekran üzərindəki insan modeli əmələ gətirən obyektlərin və ya kənardan alınan faylların ölçülərini müəyyənləşdirmək üçün istifadə edilir.Açıq dərsdə fakültə dekanı dos.O.M.Hüseynov,dos.Y.Namazov, dos.T.C.Məmmədov və kafedranın digər əməkdaşları iştirak etmişlər. Dərs yüksək səviyyədə qiymətləndirilmişdir.