Qarşıdan Azərbaycanlıların Həmrəylik Günü və Yeni il Bayramı gəlir. Bununla əlaqədar olaraq Gəncəlilər bayram günləri ərəfəsində şəhərin müxtəlif bölgələrində 50 mindən çox ağac və müxtəlif bəzək kolları əkmişlər. Şəhərin təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər və idman idarəsi, eləcə də istehsalat müəssisələri kollektivlərinin üzvləri böyük həvəslə iməciliyə çıxmış, yaşadıqları ərazilərdə yaşıllaşdırma işləri aparmışlar.