30 mart 2022-cı il tarixdə İnformatika və Cəbr kafedrasının baş müəllimi Anar Qafarovun, İnformatika müəllimliyi II kurslarada İnformatikanın tıdrisi metodikası fənnindən “Məktəbdə informatika tədrisinin xüsusi metodikası. Baza kursu:AlpLOGO mühitində iş” mövzusunda açıq dərsi keçirilmişdir. Bu mövzu orta məktəbdə AlpLOGO mühiti, onun əsas komandalarının tədrisi metodikasına aiddir. AlpLOGO mühiti pəncərəsinin quruluşu, interfeysi, BAGA-nın hərəkətləri, müxtəlif çoxbucaqlılar və fiqurların proqramlaşdırılması qanunauyğunluqları və metodları nəzərdən keçirilir.
Dərsdə Tədrisin təşkili və Təlim Texnologiyaları üzrə Prorektor dos.Ş.Tağıyev, fakültə dekanı dos.O.M.Hüseynov, dekan müavini r.f.d.R.Məmmədov, dekan müavini t.f.d.N.Bəşirova, kafedra müdiri dos.İ.Cabbarov, r.f.d.N.Neymətov və b. iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.