30.03.2021-ci il tarixdə Riyaziyyat informatika fakultəsinin Microsof Tims proqramı vasitəsilə 31mart Azərbaycanlıların soyqırımının il dönümünə həsr olunmuş tədbiri kecirilmişdir. Tədbirdə universitetin humanitar işlər üzrə prorektoru dosent Fətəliyeva Gülsüm, fakultənin dekanı dosent Oruc Hüseynov, dekan müavini Rauf Məmmədov, dosent Nazim Neymətov, İRF şöbəsinin müdürü Aynur Qasımova, Nurəngiz Bəşirova, THT Nuqay Əlili və fakultənin tələbələri iştirak etmişlər. Əvvəlcə tədbir iştirakçıları 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilmişdir.
Tədbirdə çıxış edən dosent Gülsüm Fətəliyeva bildirmişdir ki, Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşmüşdur. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.
Anım tədbirində prorektor Gülsüm Fətəliyeva bildirib ki, Ümummilli lider Heydər Əliyev 31 mart – “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarınınxatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.Gülsüm Fətəliyeva onu da qeyd etdi ki, bizlər və siz gənclər azad olunmuş torpaqlarımızı bərpa etmək üçün hər zaman birlik olub Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” olmalıyıq.
Riyaziyyat informatika fakultəsinin dekanı dosent Oruc Hüseynov “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib. Ermənilərin Bakıdan başlanan kütləvi qırğınları Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər bu dəfə öz mənfur niyyətlərini bolşevik bayrağı altında reallaşdırmağa çalışıblar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçılarla mübarizə şüarı altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirilib.
Oruc Hüseynov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”. Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.
Keçirilən tədbirdə Riyaziyyat informatika fakultəsinin tələbələri Teymurova Şəfa “31 mart qan yaddaşımız” mövzusunda, Əlizadə Cəmalə “Tarixi faciə” mövzusunda, Mahmudova Könül “Xalqın fəryadı” mövzusunda çıxış etmişlər, Salahova Aysel “Vətən”, Əsədli Nərgiz “Mən Azərbaycanam” şerlərini səsləndirmişlər. İsmayılova Ləman 31 mart qurbanlarına həsr etdiyi hekayəni oxumuşdu.