Bu gün Riyaziyyat-İnformatika fakültəsində Xocalı Faciəsinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Gəncə Dövlət Universitetinin rəhbərliyi, fakültə rəhbərliyi və Riyaziyyat informatika fakültəsinin professor-müəllim heyyəti ilə tələbə heyyəti iştirak edirdi. Tədbirin rəsmi hissəsində Humanitar məsələlər üzrə prorektor dos.G.Fətəliyeva, fakültə dekanı dos.O.Hüseynov və digər qonaqlar Xocalı qurbanlarının xatirəsini bir dəqiqə sükütla yad edərək çıxış etdilər. Bədii hissədə Humanitar məsələlər üzrə dekan müavini r.f.d.A.Qasımovanın rəhbərliyi ilə tələbələrin hazırladığı proqram təqdim olundu. Tədbirin hazırlanmasında fəal iştirak edən hər bir tələbəyə başda Qasımov İbrahim İldırım o. Olmaqla dərin təşəkkürümüzü bildiririk.