Tələbələrə tələbə bileti təqdim edildi

Bu gün Riyaziyyat-informatika fakültəsində fakültənin dekanı başda olmaqla, Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədovun iştirakı ilə I kurs tələbələrinə tələbə bileti təqdim edilmişdir. Fakültə dekanlığı və eləcə də fakültənin professor-müəllim heyəti adından fakültəmizə qəbul olan bütün I kurs tələbələrini səmimi qəlbdən təbrik edirik.