28 fevral 2019-cu il tarixində Riyazi analiz kafedrasının baş müəllimi, r.f.d Məmmədov Tahir Cəlil oğlunun açıq dərsi keçirilmişdir. Dərs III kurs Riyaziyyat müəllimliyi ixtisasında Adi diferensial fənnindən olmuşdur. Açıq dərsin mövzusu “Birtərtibli adi diferensial tənliklərin simmetrik forması. Natamam diferensial tənliklər. Dəyişənlərinə ayrılmış və dəyişənlərinə ayrıla bilən diferensial tənliklər”. Açıq dərsdə dos.C.İbrahimov, Fakültə Metod Şurasının sədri dos.Z.Abbasov, r.f.d. A.Qasımova, t.f.d.N.Bəşirova, r.f.d.N.Neymətov, b.m.N.İsmayılov, m. F.Seyidova, m. T.Tanırverdiyev iştirak etmişlər. Açıq dərs yüksək səviyyədə keçirilmişdir.