




23.02.2026-cı il tarixində Riyaziyyat və informatika fakültəsində 26 fevral – Xocalı soyqırımına həsr olunmuş “Tarixin sağalmaz yarası – Xocalı” adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir. Ümummilli liderimiz Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru, dos.Gülsüm Fətəliyeva, fakültənin dekanı dos. Oruc Hüseynov çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc sakinlərin başına gətirilən müsibət, vəhşilik, qəddarlıq haqqında, illər ötsə belə heç zaman unudulmayacaq, O qanlı soyqırımdan neçə illər keçsədə o dəhşətli gecəni bu gün də ürək ağrısı ilə xatırlamışlar. Tədbirdə fakültənin tələbələrindən Səbinə Həsənova, Dərya Quliyeva, Cabbarlı Fidanxanım, Məmmədova Aytən, Kazım Qasımov, Lalə Əliyeva, Paşayeva Leyla, Firuzə Əhmədova, Bərzamin Eyvazov, Ramil Əliyev “Xocalı: Əsrin faciəsi” bədii kompozisiyası ilə çıxış etmişlər. Tədbirdə Xocalı soyqırımının acı həqiqətlərini özündə əks etdirən videoçarx nümayiş etdirilmişdir. Riyaziyyat və informatika müəllimliyi III kurs tələbəsi Həsənova Səbinənin təşkilatçılığı ilə fakültənin tələbələrinin Xocalı soyqırımına həsr olunmuş rəsmlərindən ibarət olan sərgi keçirilmişdir. Sərgidə Həsənova Səbinə, Tağızadə Gültəkin, Allahverdiyeva Aytac, Süleymanova Ləman, İsmayılova Aytac, Məmmədova Fidan, Həsənova Gülər, Əliyeva Həbibə, Haqverdiyeva Fəridənin rəsmləri böyük maraq və rəğbətlə qarşılanmışdır. Faciənin üstündən neçə il keçsə də, bizim yaramız elə həmin yaradır. Yəqin ki, biz o faciəni ölən günümüzə qədər yaşadacağıq. Biz bu illər ərzində Xocalını bir an belə unutmadıq, Xocalıya qayıtmaq arzusu ilə yaşadıq. Başda Ali Baş Komandan olmaqla, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqlarımızı azad etdi. Ötən il isə antiterror tədbirləri nəticəsində suverenliyimiz təmin olundu.