AÇIQ DƏRS

NB-2

10 dekabr 2018-ci il tarixində Riyazi analiz kafedrasının baş müəllimi, t.f.d Bəşirova Nürəngiz Firuz qızının açıq dərsi keçirilmişdir. Dərs III kurs Riyaziyyat və informatika müəllimliyi ixtisasında Riyazi analiz fənnindən olmuşdur. Açıq dərsin mövzusu “Səth inteqralları və onların hesablanması”. Açıq dərsdə fakültə dekanı dos.O.Hüseynov, Riyazi analiz kafedrasının müdiri dos.A.Hüseynov, fəxri professor M.Sadıqov, Fakültə Metod Şurasının sədri dos.Z.Abbasov, r.f.d. A.Qasımova, r.f.d. T.Məmmədov, b.m.N.İsmayılov  iştirak etmişlər. Açıq dərs yüksək səviyyədə keçmişdir.