“Müəllimlik çox şöhrətli bir sənətdir.
Həqiqi müəllim olmaq cəmiyyət üçün doğrudan
da çox qiymətlidir”
HEYDƏR ƏLİYEV
Əziz Müəllimlər! Bu gün bütövlükdə müstəqil azərbaycan respublikası çox saylı müəllim ordusunun peşə bayramını qeyd edir. Bu bayram münasibəti ilə sizə vətən torpağından qollarımıza güc, dizlərinizə taqət, gözlərinizə nur, üzünüzə sevinc, dodaqlarınıza gülüş arzulayıram.
Yunan filosoflarından biri demişdir: «Atam məni göydən yerə endirib, müəllim isə yerdən göyə qaldırdı». Bu hikmətli sözlərə əsaslanaraq deyə bilərəm ki, müəllim öz elmindən, biliyindən, mədəniyyətindən, səadətindən, səxavətindən hər bir tələbəyə pay verir.
Türk dünyasının böyük oğlu Heydər Əliyev demişdir: «Mən müllimdən başqa böyük şəxsiyyət tanımıram, ona görə ki, neçə-neçə alimləri, akademikləri, professorları yetişdirən məhz müəllimdir». Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident Ilham Əliyev və Azərbaycanın birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva müəllim əməyinə böyük qiymət vermişlər.
Müəllim! Bu yeddi hərflik kəlmə qarşısında bütün kainat səcdə edir, çünki müəllim xalqın görən gözü, düşünən beyni, vuran nəbzi və döyünən ürəyidir.
Bəzən deyirlər ki, müəllimlə bağban əkizdir. Bağban qabarlı əlləri ilə becərdiyi meyvələrin barını görəndə sevindiyi kimi, müəllim də yetişdirdiyi tələbələri ilə fəxr edir.
Hörmətli professor-müəllim heyyəti! Bu çətin və şərəfli yolda sizə ulu tanrıdan can sağlığı, ailə səadəti diləyirəm.
Eşq olsun Azərbaycan xalqına və onun millətçiliyini, dövlətçiliyini, müstəqilliyini qoruyub saxlayan Azərbaycan müəlliminə!
Peşə Bayramınız Mübarək olsun!!!