Qarabağın incisi Şuşa 1992-ci il mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Artıq 18 ildir ölkənin canlı musiqi akademiyası adlandırılan Şuşa işğal altında inləyir. Şəhərdə Azərbaycanlılara məxsus mədəniyyət və tarixi abidələr yerlə-yeksan edilib, məşhur Üzeyir bəyin, Natəvanın və Xan Şuşinskinin heykəlləri güllələnib. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri də düşmən tərəfindən talan edilib. Bunlardan Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla butövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Həmçinin 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-marif, kənd təssərüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinotetar, 3 muzey, şərq musiqi alətləri fabriki dağıdılıb. Hazırda isə, ermənilər Şuşanın görkməini dəyişməyə hazırlaşır. Bu məqsədlə baş plan da hazırlanıb. Bu gün Şuşanın işğalı günü ilə əlaqədar dünyanın bir çox ölkələrində etiraz mitinqələri, Azərbaycanda anım mərasimləri keçirilib. Paytaxt Bakıda minlərlə insan Şəhidlər xiyabanını ziyarət edib, şəhərin müdafiəsində həlak olanlar xatırlanıb. 18 ilin həsrəti şuşalıları doğma şəhərləri üçün yamanca darıxdırıb. Şuşanın işğalı Azərbaycan tarixinin siyasi böhranlı dövrünə təsadüf edir.
Əhalisinin 90 faizdən çoxunu Azərbaycanlıların təşkil etdiyi Şuşanın ələ keçirilməsi ilə Dağılq Qarabağ adlanan bölgənin işğalı başa çatdırılıb. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı o vaxtkı Azərbaycan rəhbərliyinin bacarıqsızlığı və milli maraqlara laqeydliyinin nəticəsi idi. Təcavüz nəticəsində Şuşada 480 nəfər günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.
Bu gün Azərbaycan tarixinin qara səhifələrindən biri – Qarabağın gözü sayılan Şuşanin işğal olunmasının 18-ci ildönümüdür. Əslində, Şuşanın işğalından danışmaq və ya yazmaq yox, erməni tapdaginda olan bütün torpaqlarımızın azad edilməsi istiqamətində əməli addım atma vaxtıdır.