16 aprel 2018-ci il tarixdə Riyazi analiz kafedrasının baş müəllimi Aynur Qasımovanın açıq dərsi keçirilmişdir. Dərs Riyaziyyat və informatika müəllimliyi ixtisasının IV (rus) kursunda Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi fənininə aid olmuşdur. Mövzu: Müstəvi çoxluqların ölçüsü. Lebeq ölçüsü anlayışı. Ölçünün yarım halqadan halqaya davamı.
Dərsdə fakültənin dekanı dos. O.Hüseynov, Riyazi analiz kafedrasının professor və müəllim heyəti, Rektorun səlahiyətli nümayəndəsi dos.C.İbrahimov iştirak etmişdirlər.