Riyaziyyat-informatika fakültəsində 16.03.2018-ci il tarixində tərbiyə işləri üzrə dekan müavini Aynur Qasımovanın təşkilatçılığı ilə “Tələbələr bayram edir” adlı Novruz şənliyi keçirildi. Tədbirdə fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edirdi. Tədbiri açıq elan etmək uçün söz fakültəmizin dekanı dos.Oruc Hüseynova verildi. Oruc müəllim Milli bayramımız olan Novruzun tarıxi haqqında geniş məlumat verərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi. Sonra söz tələbələrə verildi. Tələbələrin ifasında “Zarafat”, “Tələbələr şənlənirlər” adlı yumoristik mahnılar ifa edildi. Həmçinin tədbirdə “Dərs zamanı” adlı musiqili səhnəcik və şerlər səslənildi.
Novruz şənliyinə tam baxmaq üçün linkindən istifadə edə bilərsiniz.