MƏHSƏTİ GƏNCƏVİ MUZEYİNƏ EKSKURSİYA
Texnologiya və rəqəmsal dünyada yaşadığımız bir dövrdə Riyaziyyat və İnformatika Fakültəsinin tələbələrinin Məhsəti Gəncəvi kimi dahi bir sənətkarın irsinə müraciət etməsi xüsusi əhəmiyyət daşıyır. Bu yaxınlarda GDU-nun Riyaziyyat və İnformatika Fakültəsinin bir qrup tələbəsi Gəncədə yerləşən Məhsəti Gəncəvi Mərkəzinə unudulmaz bir ekskursiya təşkil etdilər. Bu ziyarət, dəqiq elmlərin gələcək mütəxəssisləri üçün yalnız mədəni bir ziyafət








