Vasif İlkan oğlu Həsənov

1985-ci ildə Gəncə şəhərində anadan olub. 2005-ci ildə Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsinin riyaziyyat və informatika ixtisasını fərqlənmə diplomu ilə bitirib.
2002-ci ildə Cisco Networking Akademiyasının “IT Essentials I – Hardware and software” və “IT Essentials II – Network Operation Systrems” sertifikatlarını əldə edib.
2010-cu ildə Gəncə Dövlət Universitetinin Cəbr və həndəsə kafedrasına həndəsə ixtisasının magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.
2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktoranturaya qəbul olub, hazırda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiəyə təqdim etmişdir.
Bir çox yerli və beynəlxalq konfransların iştirakçısı olub, 20-yə yaxın məqaləsi yerli və beynəlxalq nüfuzlu jurnallarda dərc edilib. 2 məqaləsi Web of Science bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc edilib.
2017-ci ildə Azad Həmkarlar Konfederasiyasının təşkil etdiyi “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olmuş, müvafiq fəxri fərman və döş nişanı ilə təltif edilmişdir.
2007-ci ildən Gəncə Dövlət Universitetində İnformatika kafedrasında müəllim işləyir, hal-hazırda həmin kafedranın baş müəllimidir. 2017-ci ildən İnnovasiyalar Departamentinin direktoru vəzifəsində çalışır.