Category Archives: Kateqoriyasız

Acıq Dərs

27 oktyabr 2017-ci il tarixdə Riyaziyyat – informatika fakültəsinin İnformatika ixtisasının I kursunda Meşaik Seymurun “Qalıqlı bölmə. Bezu teoremi. Hörner sxemi” mövzusunda açıq dərsi olmuşdur. Dərsdə fakültə dekanı dos.O.Hüseynov, prof.Ə.Quliyev, dos.İ.Cabbarov, prof.N.Nəsrullayev, dos.əv.G.Salmanova, müəl.N.Allahyarova, lab.Ü.Məmmədova və b. iştirak etmişlər. Fənn müəllimi Seymur Meşaikin tədris etdiyi açıq dərs professor-müəllim heyəti tərəfindən müzakirəyə qoyularaq yüksək qiymətləndirilmişdir.

İctimaiyyət üçün açıq dərs

20 OKTYABR 2017 – SAAT 11.00 –da GDU-nun Əsas binasının iclas zalında İnformatika kafedrasının müdiri, dosent Əkrəm Aslanovun “Kompüterin yaddaşı. Yaddaş qurğularının inkişaf perspektivləri” mövzusunda ictimaiyyət üçün açıq dərsi keçirilmişdir. Dərsdə universitetin Humanitar işlər üzrə prorektoru, dosent  Gülsüm Fətəliyeva, Riyaziyyat-informatika fakültəsinin dekanı, dosent Oruc Hüseynov, fəxri professor Əliqulu Quliyev, dosent Üzeyir Əfəndiyev, Strateji planlaşdırma və

Read More

Dissertasiyanın ilkin müzakirəsi

Riyaziyyat-informatika fakültəsində 18 oktyabr 2017-ci il tarixində Riyazi analiz kafedrasının doktorantı Humay Rzayevanın “Bəzi diferensial operatorlar üçün qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin lokal və qlobal strukturu haqqında” mövzusunda dissertasiyanın ilkin müzakirəsi keçirilmişdir. Müzakirədə elmi rəhbər AMEA-nın diferensial tənliklər şöbəsinin pofessoru Ziyadxan Əliyev,  Fəxri professor Əliquli Quliyev, Fəxri professor Mayıl Mustafayev, Fəxri professor Nüyvər Nəsrullayev, e.n.

Read More

Açıq dərs

13 oktyabr 2017-ci il tarixdə Riyaziyyat-informatika fakültəsində Riyaziyyat müəllimliyi ixtisasının I  kursunda Azərbaycan tarixi fənnindən “Azərbaycan Səfəvilər dövləti” mövzusunda  açıq dərs keçirildi. Açıq dərsdə Azərbaycan tarixi kafedrasının müdiri dos.E.Aslanova, kafedranın müəllimi t.f.d.S.Bağırova, Riyaziyyat-informatika fakültəsinin dekanı dos.O.Hüseynov, dekan müavini e.n.R.Məmmədov iştirak etmişlər. Fənn müəllimi Elminaz Namazovanın tədris etdiyi açıq dərs yüksək qiymətləndirilmişdir.  

Gəncə marafonu 2017

Heydər Əliyev Fondunun təşəbbüsü ilə   “Gəncə Marafonu – 2017” Sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu – 2017” keçiriləcək. Azərbaycanın qədim tarixə sahib Gəncə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında marafona ev sahibliyi edəcək ilk şəhər oldu. “Gəncə Marafonu –2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB)

Read More

Bilik günü

Bu gün – sentyabrın 15-i təhsilimizin bayramıdır. İlk dərs günü – bilik günüdür. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (TİAHİRK) xidmətində olan 4500-dən çox orta ümumtəhsil məktəbi, 25 universitet, 26 texnikum, kollec və litsey… qapılarını şagird və tələbələrin üzünə açacaqdır. Sözümə ölkə başçısı möhtərəm İlham Əliyevin müdrik bir kəlamı ilə başlamaq istərdim: “Ölkəmizin hərtərəfli

Read More

Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının ildönümü

Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının ildönümü X əsrin əvvəllərində azərbaycanin müdrik insanlari, aparici siyasi, qüvvələri, görkəmli, ictimai xadimləri dünyada baş vermiş dəyişikliklərdən, gedən proseslərdən çar rusiyasinin oktyabr inqilabi nəticəsində dağildiğindan istifadə edərək 1918-ci il mayin 28-də Tiflis şəhərində Azərbaycan İstiqlaliyyəti haqqindda akt qəbul etdilər və beləliklə, şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cumhuriyyəti yarandi. Azərbaycan Xalq

Read More

Azərbaycanda ümummilli lider Heydər Əliyevin ad günü qeyd olunur

Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Lakin 1941-ci ildə başlayan müharibə ona təhsilini başa vurmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan

Read More

İctimayyət üçün açıq dərs

18 aprel 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində Ümumi riyaziyyat kafedrasının dosenti Üzeyir Əfəndiyevin Gəncə şəhər ictimayyəti üçün açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Riyaziyyatın tədrisində analiz və sintez”. Dərsdə Şəhər ictimayyəti, orta məktəb müəllimləri, Universitet rəhbərliyi, Riyaziyyat-informatika fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak etmişlər. Açıq dərs yüksək səviyyədə keçirilmişdir.