Author Archives: Nazim Neymətov

Dissertasiya işinin ilkin müzakirəsi

17 yanvar 2020-ci il tarixdə Riyaziyyat-informatika fakültəsində İnformatika kafedrasının doktorantı Atilla Bingöl və Riyazi analiz kafedrasının doktorantı M.Ələsgərovun dissertasiya işinin müzakirəsi keçirildi. Müzakirədə Bakı şəhərindən gələn AMEA-nın müxbir üzvü professor Bilal Bilalov, professor Aqil Xanməmmədov və professor Fərman Məmmədov iştirak edib.

AÇIQ DƏRS

20 noyabr 2019-cu il tarixində Praktik xarici dillər kafedrasının m. Əfəndiyeva Aytən Üzeyir qızının açıq dərsi keçirilmişdir. Dərs I kurs Riyaziyyat və informatika müəllimliyi ixtisasında İngilis dili-1 fənnindən olmuşdur. Açıq dərsin mövzusu “Dünyanın ən məhşur mağaza və bazarları”. Açıq dərsdə fakültə dekanı dos.O.Hüseynov, dos.Ü.Əfəndiyev, r.f.d.R.Məmmədov, dos.əv.N.Neymətov iştirak etmişlər. Açıq dərs yüksək səviyyədə keçirilmişdir.

AÇIQ DƏRS

20 noyabr 2019-cu il tarixində Ümumi riyaziyyat kafedrasının b.m. Hüseynova Şərafət Nəriman qızının açıq dərsi keçirilmişdir. Dərs III kurs Riyaziyyat müəllimliyi ixtisasında Riyaziyyatın Tədrisi Metodikası fənnindən olmuşdur. Açıq dərsin mövzusu “Tetraedr modelinin hazırlanması”. Açıq dərsdə fakültə dekanı dos.O.Hüseynov, dos.Ü.Əfəndiyev, r.f.d.R.Məmmədov, p.f.d.E.Cəfərova, b.m.C.Məmmədova, b.m.K.Qaybalıyeva iştirak etmişlər. Açıq dərs yüksək səviyyədə keçirilmişdir.

Monitorinq qrupu fəaliyyətə başladı

15 oktyabr 2019-cu il tarixdə Riyaziyyat-informatika fakültəsində dos.A.İ.Quliyevin rəhbərliyi ilə iclas keçirildi. Gündəlikdə duran məsələlər: Monitorinq qrupunun üzvləri ilə tanışlıq. Monitirinq qrupunun qiymətləndirmə cədvəlinin müzakirəsi və təsdiqi. İclasda monitorinq qrupunun üzvləri, Riyaziyyat-informatika fakültəsinin dekanı dos.O.Hüseynov, tədris işləri üzrə dekan müavini dos.R.Məmmədov iştirak edirdilər. İclasın sonunda Monitirinq qrupunun qiymətləndirmə cədvəli təsdiq olundu. İclasdan sonra monitorinq qrupunun

Read More

Tələbələrə tələbə bileti təqdim edildi

Bu gün Riyaziyyat-informatika fakültəsində fakültənin dekanı başda olmaqla, Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədovun iştirakı ilə I kurs tələbələrinə tələbə bileti təqdim edilmişdir. Fakültə dekanlığı və eləcə də fakültənin professor-müəllim heyəti adından fakültəmizə qəbul olan bütün I kurs tələbələrini səmimi qəlbdən təbrik edirik.

SÜLH GÜNÜ

GƏNCƏ  DÖVLƏT  UNİVERİSTETİNDƏ  HUMANİTAR  MƏSƏLƏLƏR  ÜZRƏ  PROREKTOR  DOS.G.FƏTƏLİYEVANIN  RƏHBƏRLİYİ  İLƏ  21 SENTYABR  BEYNƏLXALQ  SÜLH  GÜNÜ  QEYD  OLUNDU.  TƏDBİRDƏ FAKÜLTƏMİZİN  PROFESSOR-MÜƏLLİM  HEYƏTİ  VƏ  TƏLƏBƏLƏR  İŞTİRAK  ETDİLƏR. TƏDBİRDƏ  UNİVERSİTETİN  PROFESSORLARI  VƏ  ELƏCƏ  DƏ TƏLƏBƏLƏRİ  ÇIXIŞ  ETDİLƏR. TƏDBİRDƏ  RİYAZİYYAT-İNFORMATİKA  FAKÜLTƏSİNİN  III KURS  TƏLƏBƏSİ  QURBANOVA  LALƏZƏR  ÖZ  MARAQLI  CIXIŞI  İLƏ YADDAŞDA  QALDI.  TƏDBİRİN  SONUNDA  SÜLHÜN  RƏMZİ  OLARAQ  SƏMAYA  GÖYƏRÇİN 

Read More

Sülh günü

21 SENTYABR – BEYNƏLXALQ SÜLH GÜNÜ SÜLH – əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişaf. Sülhün carçıları isə gələcəyimiz olan uşaqlardır. Yəni uşaqlar daim açıq səma altında azad, sülh və əmin-amanlıq şəraitində, atalı-analı yaşamaq arzusunda olublar. SÜLH – azadlıq, bərabərlik və ədalət; SÜLH – hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən

Read More

Bilik Günü

BİLİK  GÜNÜ BU GÜN – SENTYABRIN 15-I TƏHSILIMIZIN BAYRAMIDIR. İLK DƏRS GÜNÜ – BILIK GÜNÜDÜR. TƏHSIL İŞÇILƏRI AZAD HƏMKARLAR İTTIFAQI RESPUBLIKA KOMITƏSININ (TİAHİRK) XIDMƏTINDƏ OLAN 4500-DƏN ÇOX ORTA ÜMUMTƏHSIL MƏKTƏBI, 25 UNIVERSITET, 26 TEXNIKUM, KOLLEC VƏ LITSEY… QAPILARINI ŞAGIRD VƏ TƏLƏBƏLƏRIN ÜZÜNƏ AÇACAQDIR. SÖZÜMƏ ÖLKƏ BAŞÇISI MÖHTƏRƏM İLHAM ƏLIYEVIN MÜDRIK BIR KƏLAMI ILƏ BAŞLAMAQ ISTƏRDIM:

Read More

AÇIQ DƏRS

9 aprel 2019-cu il tarixində Həndəsə və Cəbr kafedrasının m. Quliyeva Sevinc Bakir qızının açıq dərsi keçirilmişdir. Dərs I kurs Riyaziyyat və informatika müəllimliyi ixtisasında Həndəsə-2 fənnindən olmuşdur. Açıq dərsin mövzusu “Proyektiv düz xətt və müstəvidə koordinatlara aid məsələ həlli”. Açıq dərsdə dos.C.İbrahimov, dos.Z.Abbasov, dos.İ.Cabbarov, prof.N.Nəsrullayev, dos.N.Tağıyeva, b.m.Ü.Qurbanova, b.m.N.Həsənova, m.G.Həsənova iştirak etmişlər. Açıq dərs yüksək

Read More

AÇIQ DƏRS

5 aprel 2019-cu il tarixində Ümumi riyaziyyat kafedrasının p.f.d. Cəfərli Esmira Vahid qızının açıq dərsi keçirilmişdir. Dərs II kurs Riyaziyyat müəllimliyi ixtisasında Məktəb riyaziyyat kursunun elmi əsasları fənnindən olmuşdur. Açıq dərsin mövzusu “Uyğunluğun növləri və xassələri, onların tətbiqlərinə aid çalışma həlli”. Açıq dərsdə fakültə dekanı dos.O.Hüseynov, dos.M.Rəhimova, dos.Ü.Əfəndiyev, b.m.Ş.Hüseynova, b.m.V.Qarayeva iştirak etmişlər. Açıq dərs yüksək

Read More