Category Archives: Kateqoriyasız

İLİN TƏLƏBƏSİ

28.11.2015 tarixdən başlayaraq 25.12.2015-ci il tarixə qədər davam edən Gəncə Dövlət Universitetinin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi “İlin Tələbəsi” müsabiqəsi yekunlaşmışdır. Riyaziyyat-informatika fakültəsinin İnformatika müəllimliyi ixtisasının tələbəsi Əmirzadə Vüsalə Əlizadə qızı “İçtimai fəallıq” nominasiyası üzrə qalib seçılərək İLİN  TƏLƏBƏSİ diplomuna layiq görülmüşdür. Bütün fakültənin professor-müəllim heyəti və tələbələr onu ürəkdən təbrik edir.

Ümumşəhər iməcliyi

Qarşıdan Azərbaycanlıların Həmrəylik Günü və Yeni il Bayramı gəlir. Bununla əlaqədar olaraq Gəncəlilər bayram günləri ərəfəsində şəhərin müxtəlif bölgələrində 50 mindən çox ağac və müxtəlif bəzək kolları əkmişlər. Şəhərin təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər və idman idarəsi, eləcə də istehsalat müəssisələri kollektivlərinin üzvləri böyük həvəslə iməciliyə çıxmış, yaşadıqları ərazilərdə yaşıllaşdırma işləri aparmışlar.

Yeni 2016 il

Əziz Universitetimizin və eləcədə riyaziyyat-informatika fakültəsinin professor-müəllim heyəti. Sizin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı münasibətilə ürəkdən təbtik edirik. Sizlərə uzun ömür və can sağlığı arzulayırıq.