Ümumi riyaziyyat

Namazov Ağalar İdris oğlu

baş m. Namazov Ağalar İdris

Ümumi riyaziyyat kafedrasının baş müəllimi.

Əlaqə nömrələri:

QISA BIOQRAFIK MƏLUMAT

25.07.1951-ci ildə Göygöl rayonunun Mollacəlilli kəndində anadan olmuşdur.

1958-1968 illərdə orta məktəbdə təhsil almışdır.

1973-cü ildə indiki Gəncə Dövlət Universitetinin riyaziyyat ixtisasını bitirib.

Ailəlidir, 4 övladı var.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ

Ali

ƏMƏK FƏALİYYƏTİ

1973-cü ildən təyinatla Ağcabədi rayonunun Qiyaməddinli kənd orta məktəbinə göndərilmişdir.

1978-ci ildə oradan qayıdaraq Göygöl rayon Mollacəlilli kənd orta məktəbində müəllim və həmin rayonda müxtəlif inzibati işlərdə və seçkili orqanlarda çalışmışdır.

1999-cu ildən etibarən isə Gəncə Dövlət Universitetinin indiki Ümumi riyaziyyat kafedrasında müəllim, hal-hazırda isə baş müəllim vəzifəsində çalışmaqdadır.

Riyazi təlim məsələləri, RTM, Alqoritmlər nəzəriyyəsi və s. fənnlərini tədris edir.

35 elmi məqalə və 1 dərs vəsaiti çap olunmuşdur. Bundan əlavə bir neçə fənn proqramının tərtibində müəllif kimi iştirak etmişdir.

TƏDQİQAT SAHƏSİ

Riyaziyyatın tədrisinin aktual məsələləri

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  1. Riyaziyyatın tədrisinin həyatla əlaqələndirilməsinin şagirdlərin riyazi nitqinin inkişafında rolu.
  2. Fənnlərarası əlaqənin təşkilində fərdi yanaşma.
  3. Həndəsənin tədrisində fənnlərarası əlaqə prinsipinin tətbiqinə verilən didaktik tələblər.
  4. Məktəbdə riyaziyyatın coğrafiya ilə əlaqəli tədrisi haqqında
  5. İbtidai siniflərin riyaziyyat təlimində innovasiya və onun tətbiqi imkanları.