İnformatika

İNFORMATİKA  KAFEDRASI

informatika-1

İnformatika və HT kafedrası 1994-cü ildə yaradılmışdır – 1994-2005-ci illərdə müdir Rasim Əliqulu oğlu Əhədov olmuşdur.

2005-2010-cu illərdə kafedra “İnformatika” adlandırıldı və müdir dosent Ziyad Bəbir oğlu Səfərov olmuşdur.

2010-cu il iyulun 1- dən kafedra müdiri vəzifəsi dosent Əkrəm Əhməd oğlu Aslanova həvalə olunmuşdur.

Hal-hazırda kafedrada aşağıdakı kollektiv çalışır:

  1. dosent Aslanov Əkrəm Əhməd oğlu
  2. dosent Verdiyeva Gülmira Zahid qızı
  3. dosent Hüseynov Sahib Tofiq oğlu
  4. dosent Həsənova Mehriban Ağa qızı
  5. f.d.,baş müəllim Bayramova Natəvan Qədim qızı
  6. f.d.,baş müəllim Kubuşev İlqar Nadir oğlu
  7. baş müəllim  Əliyeva Mələk Tülüş qızı
  8. baş müəllim Əhədova Səbirə Rasim qızı
  9. baş müəllim Cəfərova Bəsti Leysan qızı
  10. baş müəllim Cuvarlinskaya Elnura Rafat qızı
  11. baş müəllim Salmanova Kəmalə Arif qızı
  12. baş müəllim Qafarov Anar Arif oğlu
  13. baş müəllim Əsgərova Tamilla Əhməd qızı
  14. baş müəllim Qəmbərova Sahibə İbrahim qızı
  15. baş müəllim Aslanova Natiqə Şikar qızı
  16. baş müəllim Babayeva Samirə Rafiq qızı
  17. baş müəllim Orucova Sevinc Sabir qızı
  18. baş müəllim Babayeva Şəkər Maarif qızı
  19. müəllim Həsənov Vasif  İlkan oğlu
  20. müəllim Quliyev Anar Rəsul oğlu
  21. müəllim İbrahimova Nailə Rizvan qızı
  22. müəllim Cəfərova Samirə Elxan qızı
  23. müəllim Pürhani Arzu İltifat qızı
  24. müəllim Zeynalova İlhamə Zakir qızı
  25. mühəndis-elektronçu Cəfərov Rauf Şəki
  26. mühəndis-proqramçı Hüseynova Arzu Nazim qızı
  27. mühəndis-proqramçı Baratzadə Samirə Bəhruz qızı
  28. laborant Novruzova Xalidə Ələmdar qızı

Kafedra  iclas  zamanı

informatika-2

Kafedra müdiri

informatika-3Əkrəm Əhməd oğlu Aslanov 1954-cü ildə Zaqatala rayonunda anadan olmuşdur. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Şamaxı Astrofizika Rəsədxanasında kiçik elmi işçi kimi başlamışdır. 1977-90-cı illərdə M.Lomonosov adına Moskva Dövlət Universiteti yanında  P.Şternberq adına Dövlət Astrofizika İnstitutunda aspirantdan boyük elmi işçiyə kimi yol keçmişdir. 1983-cü ildə «İfrat böyük kütləli qoşa ulduzların təkamülünün son mərhələlərinin tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Astrofizika üzrə bir monoqrafiyanın, dünyanın və SSRİ-nin aparıcı elmi jurnallarında nəşr olunmuş 30–dan çox elmi məqalənin müəllifidir.

1990-cı ildən Gəncə Dövlət Universitetində işləyir. Əvvəl Ümumi texniki fənlər və Riyazi analiz kafedralarinda, 1994-cü ildən indiyədək isə, İnformatika kafedrasının yaradıcılarndan biri olaraq, bu kafedrada dosent vəzifəsində çalışır. 2010-cu ildən İnformatika kafedrasının müdiridir. İnformatika üzrə onlarla dərslik, dərs vəsaiti, tədris proqramı və elmi məqalələrin müəllifidir.