Tələbə Elmi Cəmiyyəti

Riyaziyyat-informatika fakültəsində Tələbə Elmi Cəmiyyəti fakültə elmi şurasında təsdiq olunmuş iş planı əsasında 7 nəfər heyət üzvü ilə birgə fəaliyyət göstərir. Fakültənin tabeliyində olan kafedranın ştatda olan professor-müəllimlərinin demək olar ki, əksəriyyəti TEC xətti ilə tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik edirlər. 2012-ci təqvim ilində 55 nəfər tələbə elmi tədqiqat işinə cəlb edilmişdir. Kafedralarda Tələbə Elmi seminarları təşkil edilmiş və həmin seminarlarda hazır olan tələbələrin məruzələri dinlənlənərək geniş müzakirə olunur və müvafiq qərar çıxarılır. Bu işləri təqvim ilinin oktyabr, noyabr aylarında davam etdirmək, noyabrın sonu dekabrın əvvəlində bəyənilmiş elmi-tədqiqat işlərini Elmi hissəyə təqdim etmək planlaşdırılmışdır.
Fakültədə sağlam elmi mühit yaradılmışdır. Belə ki, fənn olimpiadaları, açıq dərslər, qarşılıqlı dərs dinləmələri, məsləhətlər və s. keçirilməsi mütəşəkkil, qarşılıqlı anlaşma şəraitində həyata keçirilir. Bunu bazis nümunəsi kimi bu günlərdə fakültədə keçirilən fənn olimpiadasını göstərmək olar. Rektorluqdan göndərilən sərəncama uyğun olaraq Tələbə Elmi şurasında olimpiada keçirilməsi üçün Təşkilat komitəsi və Münsiflər heyətinin tərkibi təsdiq edilmiş və operativ fəaliyyətə başlanılmışdır.
Riyazi analiz, Cəbp, Həndəsə, Riyaziyyat və onun tədrisi fənlərinin hər birində bir tapşırıq (2 variantda) olmaqla Riyaziyyat olimpiadasına 5 sual və hər bir suala maksimum 10 bal verilməklə tapşırıqlar xüsüsi zərflərdə təşkilat komitəsində saxlanıldı.
Olimpiada da iştirak edən 50 tələbədən ən yüksək bal toplayan (bu 35-45 bal arasında olmuşdur) 5 nəfər tələbə respublika olimpiadasına göndərilmək üçün Elmi hissəyə təqdim edilmişdir. İnformatika fənnindən ayrıca olimpiada keçirilmiş, onunda nəticələri yekunlaşdırılaraq Elmi hissəyə göndərilmişdir.
Ümumiyyətlə, Tələbə Elmi Cəmiyyəti xətti ilə tələbələrin elmi-tədqiqat işinə cəlb edilməsi, onların ümumi fəallığını artırır, özünə inam yaradır, şifahi nitqinin, məntiqi mühakiməsinin səviyyəsini müəllimin müəyyən etməsinə imkan yaradır (nəzərə alaq ki, imtahanlar yazılı aparıldığından bu qabiliyyətləri imtahanlarda müəyyən etmək çətin olur).
Riyaziyyat-informatika fakültə Tələbə Elmi Cəmiyyəti Universitet rəhbərliyini əmin edir ki, fakültə dekanı və kafedra müdirlərinin bu sahəyə çox ciddi diqqət verdiklərinə arxalanaraq ilin sonunda müsbət nəticələr əldə ediləcəkdir.