“C++ dilində çoxölçülü massivlərin emalı” mövzusunda açıq dərs keçirilmişdir.

29 noyabr 2022-ci il tarixdə İnformatika və cəbr kafedrasının müəllimi Rəhimova Lalənin Riyaziyyat və informatika müəllimliyi 3 kursunda Proqramlaşdırma dilləri-2 fənnindən laboratoriya dərsi keçirilmişdir. “C++ dilində çoxölçülü massivlərin emalı” mövzusunda açıq dərsin məqsədi C++ proqramlaşdırma dilində birölçülü massivlərə aid iş bacarıqlarını mənimsəmiş tələbələrdə çoxölçülü massivlərin tərtibi və onların emalına aid bilik, bacarıq və vərdişləri formalaşdırmaqdır.Açıq dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, kafedra müdiri dos.İ.Cabbarov, Təhsilin Keyfiyyətin Təminatı Mərkəzinin müdiri Tarix üzrə fəlsəfə doktoru, baş müəllim İsmayıl İsmayılov, dos.Ə.Aslanov, dos.G.Verdiyeva, b.m.N.Aslanova, müəllim G.Novruzova, müəllim L.Mehdiyeva, müəllim N.Cabbarovavə kafedranın digər əməkdaşları iştirak etmişlər. Dərs yüksək səviyyədə qiymətləndirilmişdir.