XOCALI     FACİƏSİ

1992-ci il 26 fevral tarixi… Bu tarixdə dünyanın Ən böyük faciəsi  Xocalı faciəsi baş vermişdir. Bu faciə Azərbaycan xalqının başına erməni qaniçənləri tərəfindhən gətirilən  1-ci faciə deyil, bu faciə 31 mart qırğınının davamıdır.

Xocalı faciəsi ermənilər və 366-cı motoatıcı aloy tərəfndən törədilmişdir. 366-cı aloyun əsas zərbə başında milliyyət və erməni olan Ohanyan (mayor) dururdu. Bu faciəni 1 neçə insanın, Xocalı faciəsinin şahidlərinin dili ilə şərh edək.

Səadət Zeynalova (Xocalı sakini) «Həyat yoldaşımı, yeganə övladımı, qayatamı itirmişəm… Naxçıvanski kəndi yaxınlığında yolu azdıq. 200 nəfərdən çox idik. Düz 5 gün meşədə, qarın içində ac-susuz qaldıq. Yaşlı adamlar, körpələr, yaralılar gözümün qabağında tab gtirməyib ölürdü. Təsəvvür edin ki, şelliyə yalnız 30 nəfər gəlib sağ çıxdıq».

Cəmil Məmmədov (Xocalı şahidi). «Hər şey indiki kimi gözlərimin önündədir. Şəhərə girən tanklar, zirehli maşınlar və nə qoca, nə uşaq, nə də arvad bilir, tırtırları altına alıb keçirdi».

Müşfüq Əliməmmədov (Azərbaycan Respublikasının Milli qəhrəmanı) «Biz 10-15 nəfər döyüşçü Xocalını tərk etdikdən sonra Şelliyə tərəf yönəldik. Mən ayağımdan yaralı idim. Yolda düşmənlərin hücumuna məruz qaldıq. Əgər Əlif Hacıyevin dəstələri olmasaydı birimiz də sağ qalmazdıq. Əlif gözlərimin qarşısında həlak oldu. Mən yeriyə bilmədiyimi görüb dostloarıma yük olmamaq üçün onlardan ayrıldım. Möcüzə nəticəsində sağ qaldım».

“Bütövlüdə Azərbaycan xalqına qapşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”

(H.Ə.Əliyev)

Fevral ayının 26-sı saatın əqrəbləri 1700 göstərən zaman hər yerdə hər şey sükuta qərq olur. Xalqımızın b udə sükut dəqiqəsini yaşayır. Bundan sonra da, tarix durduqca nəsillər hər il fevralın 26-sı saat 1700 sükut dəqiqəsini yaşayacaqdır. Bu sükut Xocalı soyqırımı qurbanlarının xatirəsinə hörmət əlamətidir. Xalqımızın hər ilin bu gününü dərin hüzn vəkədər içində keçirir. Fevralın 26-sı saat 1700 Aəzərbaycan xalqının Milli Lideri H.Ə.Əliyevin fərmanı ilə sükut dəqiqəsi elan edilmişdir. Həmin günün qanla yazılmış bir tarixi vardır.

Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir.

Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir.

Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin «müdafiə naziri»dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. («Xocalının işğalına dair istintaq materiallarından»)

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın «Memorial» hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyidi gətirilmiş, onlarla meyidin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyid (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı  müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.

Xocalı soyqırımı şahidlərinin ifadələrindən:

Ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyidlər isə tikə-tikə doğranmışdır.

1992 fevralın 25-də axşam saat 9-da erməni silahlı qüvvələri, Xankəndidəki Rusiyaya məxsus 366-ci  mexanikləşdirilmiş atıcı aloy və muzdlu quldurlar Xocalıya hücum etdi. XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı törədildi. Respublika rəhbərliyi kifayət qədər məlumatı olduğu halda bu faciənin qarşısını almaq üçün lazımi tədbirlər  görmədi. Cəmi 150 nəfər müdafiəçisi olan Xocalı düşmənlə üz-üzə gəldi. Düşmən ilk zərbəni hava limanına vurdu. Əlif Hacıyevin rəhbərlik etdiyi 22 nəfərlik dəstə düşmənin hücumlarını 3 dəfə qəhrəmanlıqla dəf edə  bildi. Lakin vəziyyətin çıxılmaz olduğunu başa düşən komandir dispetçer məntəqəsini partladaraq düşmən əlinə keçməsinə imkan vermədi. Sonrakı döyüşlərdə Ə.Hacıyev qəhrəmancasına həlak oldu. Ölümündən sonra ona Azərbaycan Milli qəhrəman adı verildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir