Monthly Archives: Oktyabr 2017

Acıq Dərs

27 oktyabr 2017-ci il tarixdə Riyaziyyat – informatika fakültəsinin İnformatika ixtisasının I kursunda Meşaik Seymurun “Qalıqlı bölmə. Bezu teoremi. Hörner sxemi” mövzusunda açıq dərsi olmuşdur. Dərsdə fakültə dekanı dos.O.Hüseynov, prof.Ə.Quliyev, dos.İ.Cabbarov, prof.N.Nəsrullayev, dos.əv.G.Salmanova, müəl.N.Allahyarova, lab.Ü.Məmmədova və b. iştirak etmişlər. Fənn müəllimi Seymur Meşaikin tədris etdiyi açıq dərs professor-müəllim heyəti tərəfindən müzakirəyə qoyularaq yüksək qiymətləndirilmişdir.

İctimaiyyət üçün açıq dərs

20 OKTYABR 2017 – SAAT 11.00 –da GDU-nun Əsas binasının iclas zalında İnformatika kafedrasının müdiri, dosent Əkrəm Aslanovun “Kompüterin yaddaşı. Yaddaş qurğularının inkişaf perspektivləri” mövzusunda ictimaiyyət üçün açıq dərsi keçirilmişdir. Dərsdə universitetin Humanitar işlər üzrə prorektoru, dosent  Gülsüm Fətəliyeva, Riyaziyyat-informatika fakültəsinin dekanı, dosent Oruc Hüseynov, fəxri professor Əliqulu Quliyev, dosent Üzeyir Əfəndiyev, Strateji planlaşdırma və

Read More

Dissertasiyanın ilkin müzakirəsi

Riyaziyyat-informatika fakültəsində 18 oktyabr 2017-ci il tarixində Riyazi analiz kafedrasının doktorantı Humay Rzayevanın “Bəzi diferensial operatorlar üçün qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin lokal və qlobal strukturu haqqında” mövzusunda dissertasiyanın ilkin müzakirəsi keçirilmişdir. Müzakirədə elmi rəhbər AMEA-nın diferensial tənliklər şöbəsinin pofessoru Ziyadxan Əliyev,  Fəxri professor Əliquli Quliyev, Fəxri professor Mayıl Mustafayev, Fəxri professor Nüyvər Nəsrullayev, e.n.

Read More

Açıq dərs

13 oktyabr 2017-ci il tarixdə Riyaziyyat-informatika fakültəsində Riyaziyyat müəllimliyi ixtisasının I  kursunda Azərbaycan tarixi fənnindən “Azərbaycan Səfəvilər dövləti” mövzusunda  açıq dərs keçirildi. Açıq dərsdə Azərbaycan tarixi kafedrasının müdiri dos.E.Aslanova, kafedranın müəllimi t.f.d.S.Bağırova, Riyaziyyat-informatika fakültəsinin dekanı dos.O.Hüseynov, dekan müavini e.n.R.Məmmədov iştirak etmişlər. Fənn müəllimi Elminaz Namazovanın tədris etdiyi açıq dərs yüksək qiymətləndirilmişdir.