UĞURLAR ƏZİZ MƏZUNLARIMIZ!

23.06.2023-cü il tarixində Riyaziyyat – informatika fakultəsində IV kurs Riyaziyyat müəllimliyi ixtisası tələbələrinin buraxılış işlərinin müdafiəsi keçirilmişdir. Müdafiəyə əməkdar elm xadimi, dos.Y.Yusifəliyev sədrlik etmişdir. Buraxılış işlərinin müdafiəsində komissiya üzvlərindən Riyaziyyat – informatika fakultəsinin dekanı, dos.O.Hüseynov, Riyazi analiz kafedrasının müdiri, dos.A.Hüseynov, İnformatika və cəbr kafedrasının müdiri, dos. İ.Cabbarov, Ümumi riyaziyyat kafedrasının müdiri, dos. S.Zeynallı iştirak etmişlər.

Read More

Pedaqoji təcrübə yekunlaşdı

Riyaziyyat – informatika fakultəsinin IV kurs Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, V kurs Riyaziyyat informatika müəllimliyi ixtisasının tələbələri 15.02.2023-cü il tarixdən, 25.05.2023-cü il tarixədək müxtəlif şəhər məktəblərində pedoqoji təcrübədə olmuşlar. Bu müddətdə tələbələrimizin nümunəvi açıq dərsləri təşkil olunmuşdur. Rəhbər müəllim Ənvər Gəncəliyevin rəhbərliyi ilə Riyaziyyat müəllimliyi ixtisasının bir qrup tələbə, pedoqoji təcrübədə fəal iştirakına görə fakultə

Read More

ELAN

16 İYUN 2023-CÜ İL TARİXDƏ RİYAZİ ANALİZ KAFEDRASININ DOKTORANTI MƏMMƏDOVA GÜNAY TAHİR QIZININ “SƏRHƏD ŞƏRTLƏRİNƏ SPEKTRAL PARAMETR DAXİL OLAN BİR SİNİF DÖRDÜNCÜ TƏRTİB DİFERENSİAL OPERATORUN SPEKTRAL XASSƏLƏRİ” MÖVZUSUNDA DİSSERTASİYA İŞİNİN MÜZAKİRƏSİ KEÇİRİLƏCƏK. Ünvan: GDU-nun II tədris binası, otaq 416, saat 12.00-da

Bakalavriat təhsil səviyyəsində əyani formada təhsil alan tələbələr üçün T Ə L İ M A T

Əziz tələbələrimiz!Nəzərinizə çatdırırıq ki, 2022/2023-ci tədris ilinin yaz semestri üzrə imtahanlar bəzi fənlərdən test üsulu ilə keçiriləcəkdir. Test imtahanları elektron formada kompüterdə qəbul ediləcəkdir. Test imtahanları əsas tədris binasında əvvəlcədən ayrılmış 10 otaqda keçiriləcəkdir. Semestr ərzində keçirilmiş material əsasında 300-500 testlər hazırlanıb. Testlərin bir hissəsi isə imtahan başlamazdan əvvəl bunkerdə hazırlanacaq. İmtahan zamanı Sizə verilmiş

Read More

ELAN

Riyazi analiz kafedrasının dissertantı Vəliyeva Bahar Kamal qızının “Diferensial tənliklər – 1211.01” ixtisasi üzrə “Qeyri – lokal sərhəd şərtli 4-cü tərtib xüsusi törəməli diferensial tənliklər üçün bəzi tərs sərhəd məsələləri” mövzusunda fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçiriləcəkdir. Dissertasiya işi ilə tanış olmaq istəyənlər riyazi analiz kafedrasına müraciət edə bilərlər. Müzakirə kafedranın əməkdaşlarının və professor, müəllim

Read More

“Qurma məsələləri” mövzusunda açıq dərs keçirildi

5 may 2023-cü il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi Pərvin Mustafayevanın Riyaziyyat və İnformatika müəllimliyi 1-2 kursunda Elementar riyaziyyat-2 fənnindən açıq praktik məşğələ dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Qurma məsələləri”dir. Dərsdə qurmalar nəzəriyyəsi və onun etapları, qurma alətləri və onların funksiyaları, əsas münasibətlər, qurma aksiom və postulatları haqqında məlumatlar bakalavr təhsil sisteminə və Ali məktəb

Read More

“HEYDƏR ƏLİYEV İRSİ MİLLİ SƏRVƏTİMİZDİR”

03.05.2023-cü il tarixində Riyaziyyat – informatika fakültəsində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsi milli sərvətimizdir” adlı tədbir keçirilmişdir. Tədbirdə Ulu öndər Heydər Əliyev, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi ugrunda həyatlarını itirən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.             Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Tədbirdə Gəncə

Read More

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi

04.05.2023-cü il tarixində Riyaziyyat – informatika müəllimliyi fakültəsində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilmişdir. Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən kitablar, eləcədə Riyaziyyat və informatika 2 kurs tələbəsi Rüstəmli Sonanın rəsmləri nümayiş olunmuşdur.

“Birölçülü istilkkeçirmə tənliyi üçün sərhəd məsələlərinin həlli” mövzusunda açıq dərs keçirildi

1 may 2023-cü il tarixdə Riyazi analiz kafedrasının dosenti Zəfər Abbasovun Riyaziyyat və İnformatika müəllimliyi 4 kursunda Riyazi fizika tənlikləri fənnindən açıq mühazirə dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Birölçülü istilkkeçirmə tənliyi üçün sərhəd məsələlərinin həlli”dir. Plan. 1. Ucları sıfır, sabit və dəyişən temperaturlarda saxlanan sonlu çubuqda istiliyin yayılması. 2. Məxsusi ədədlərdən və məxsusi funksiyalardan asılı

Read More